Mühasib köməkçisi

Dilbər Rzayeva

Mən, Rzayeva Dilbər Daşqın qızı, 02 avqust 1997-ci ildə Gəncə şəhəri, Göygöl rayonunda anadan olmuşam.

2000-ci ilde Moskva şəhərinə köçmüşük və orta təhsilimi orada başa vurmuşam. 2015-ci ilde 1637 nömrəli Gimnaziyada təhsil almışam

Daha sonra Moskva Humanitar Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində təhsil almış və 2019-cu ildə həmin fakültəni bitirmişəm.

Hal-hazırda East Trade şirkətində mühasib köməkçisi vəzifəsində çalışıram. Bu, mənim ilk rəsmi iş təcrübəmdir.

Anam, Qasımova Mayisə Eyyub qızı, 07 mart 1971-ci il təvəllüdlüdür və kassir vəzifəsində çalışır.

Qardaşım, Nəsibov Səyyar Daşqın oğlu, 15 noyabr 1991-ci il təvəllüdlüdür, evlidir və 3 övladı var.

Qardaşım, Nəsibov Elyar Daşqın oğlu, 08 yanvar 1994-cü il təvəllüdlüdür, evlidir və övladı var.

Həyat yoldaşım, Rzayev İbrahim Rafiq oğlu, 11 iyun 1995-ci il təvəllüdlüdür və gəmidə üçüncü kapitan vəzifəsində çalışır.

Oğlum, Rzazadə Mirtahir İbrahim oğlu, 18 noyabr 2022-ci il təvəllüdlüdür.

Hazırda Bakı şəhəri, Məhəmmədli qəsəbəsində yaşayıram.