Irade Memmedseyidova
Bölgə müdiri

İradə Məmmədseyidova

Mən, Məmmədseyidova İradə Həmdullah qızı, 25 avqust 1975-ci ildə Xaçmaz rayonunda anadan olmuşam. 1981-ci ildə Xaçmaz rayonunda yerləşən tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1992-ci ildə həmin məktəbi bitirmişəm. 1992-ci ildə sənədlərimi Müəllimlər İnstitutuna təqdim etmiş və həmin il instituta qəbul olunmuşam. Lakin ailə qurduğuma görə təhsilimi davam etdirə bilməmişəm.

1995-ci ildə sənədlərimi Tibb Kollecinə vermişəm. Təhsilimi uğurla başa vuraraq 1998-ci ildə kolleci bitirmişəm.

Boşanmışam. İki övladım var.

Qızım Məmmədseyidova Fəridə Tahir qızı ali təhsillidir və hazırda əmək fəaliyyəti ilə məşğuldur.

Oğlum Məmmədseyidov Teymur Tahir oğlu ali təhsillidir və hazırda əmək fəaliyyəti ilə məşğuldur.

Əmək fəaliyyəti

2013–2020-ci illərdə Kral Ət və Ət Məhsulları şirkətində bölgə müdiri vəzifəsində çalışmışam.

2020–2025-ci illərdə Halal Dad şirkətində bölg CTə müdiri vəzifəsində fəaliyyət göstərmişəm.

2025-ci ildə Turka şirkətində bölgə müdiri vəzifəsində çalışmışam.